четверг, 29 мая 2014 г.

Ərdoğanın Somadakı fotosu əsər oldu - FOTO

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan AK Partiyasının həftəlik qrup toplantısında istirak edib.

BiG.Az-ın ans press-ə istinadən məlumatına görə, çıxışında bir çox mövzuya toxunan Ərdoğana yığıncağın sonunda mənalı bir "mədənçı" tablosu hədiyyə edildi.

Baş nazirə hədiyəni təqdim edərkən Kütahya və Tavşanlı rayonundan gələn AK Partiyasının Gənclər və Qadın təşkilatının nümayəndələri ilə Tunçbilək valisi Ayhan Aşkın, Kütahya Millət vəkili Vural Kavuncu ilə birlikdə kürsüyə qalxıblar. 

Vali Ayhan Aşkın baş nazir Tayyib Ərdoğanın daha əvvəl mədəncilərlə çəkdirdiyi fotoşəkildən yaradılan rəsm əsərini ona hədiyyə edib.

Bütün Türkiyəni yasa boğan Soma faciəsində həyatını itirən 301 mədənçinin torpağa verilməsinin dərhal ardından Ərdoğana verilən hədiyyə partiyalıları tərəfindən mənalı qarşılanıb.

Комментариев нет:

Отправить комментарий