Iceni-nin maksimal sürəti 300 km/saatdan çoxdur. Avtomobilin əsas özəlliyi onun yanacaqdoldurma məntəqəsinə getmədən 3000 km getməsidir. Avtomobil 6,6 litrlik 8 silindrli turbomühərriklə hərəkətə gətirilir və mühərrik biodizeldə də işləyə bilir.
Baza versiyalarda mühərrik 400 at gücündədir, xüsusi modifikasiyada isə bu göstərici 660 at gücünə qədər qaldırılır. Baza versiyası 100 km/saat sürəti 3,7 saniyəyə yığır. Avtomobil fastbek (Iceni Magna) və ya universal (Iceni Venturer) kuzovlarında da təklif edilir.
Texniki göstəricilərinə görə bu versiyalar sportkardan seçilməyəcək.
Hər üç avtomobilin qiyməti 96 min funt sterlinqdən başlayır. Avtomobili ancaq ilkin sifarişlə əldə etmək mümkündür.
Комментариев нет:
Отправить комментарий