пятница, 30 мая 2014 г.

"Atletiko Madrid" ilk transferini gerçəkləşdirdi

"Atletiko Madrid" klubu komandasına yeni oyunçu cəlb edib.

Bu, Argentinanın birinci divizionunda çıxış edən "San-Lorenso de Almaqro" komandasının 19 yaşlı oyunçusu Anhel Korreadır.

Komanda argentinalı oyunçu ilə beş illik müqavilə imzalayıb.

Gənc oyunçu 12 yaşından peşəkar idman ilə məşğul olur, ötən mövsümdən isə yüksək liqada çıxış edir. O özünün sürəti, istedadı və ustalığı ilə artıq diqqət cəlb edib.

Bu gün Azərbaycanda "Son zəng" qeyd olunur

Bu il məktəbi 86 797 nəfər XI sinif şagirdi bitirəcək.

Bu gün Azərbaycanın bir sıra məktəblərində "Son zəng" qeyd olunur.

Big.az Oxu.Az-a istinadən xəbər verir ki, hər il ölkədə "Son zəng" tədbirləri mayın 31-də qeyd olunub. Lakin bu il mayın 31-i şənbə gününə düşdüyündən "Son zəng" tədbirlərinin vaxtında dəyişiklik edilib. Belə ki, Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə "Son zəng" bu gün, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 31-də çalınacaq.

Hər il olduğu kimi, bu il də saat 10:00-da başlayacaq "Son zəng" tədbirləri 3 saat davam edəcək və saat 13:00-da yekunlaşacaq. Ümumtəhsil məktəblərində "Son zəng" tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, "Son zəng" tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün. "Son zəng" tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

Tədbirlər planına əsasən, "Son zəng" tədbirləri ilə bağlı polis gücləndirilmiş iş rejimində çalışacaq. Respublikada fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və "Son zəng"lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirəcək. Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini isə 754 nəfər şagird başa vuracaq.

Yenə zəlzələ oldu – Son dəqiqə

Egey dənizində 4.2 ballıq zəlzələ meydana olub.

Xezerxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Egey dənizində yeni təkanlar qeydə alınıb. Belə ki, yerli vaxtla saat 07:06 radələrində 4.2 ballıq zəlzələ olub

İnternetdə yayılan görüntülər ölkəni ayağa qaldırdı

Pekində çəkilən bu videonun internetdə yayılmasından sonra bütün Çin ayağa qalxıb. Videoda görünən şəxslər 13 yaşındakı bir uşağa ağlasığmaz işgəncə tətbiq edir.

Yerdə qalan uşağı təpikləyərək döyən qrupdan bir nəfər yerdən götürdüyü daşla ilə uşağın başını əzir. Uşaq isə yerdə qıvrılaraq ətrafdan kömək istəyir.

Videonun çıxmasından sonra təhlükəsizlik qüvvələri və bir çox könüllü insanlar həmin təcavüzkarları tapmaq üçün səfərbər olub.

Keçirilən diaqnoz nəticəsində işgəncənin nə cür ağır olduğu ortaya çıxıb. 13 yaşındakı uşağın bədənində vəhşicəsinə işgəncənin izləri qalıb.

Məşhur müğənni iflic oldu

74 yaşlı tanınmış amerikalı müğənni Tina Törner iflic olub.

BiG.Az anspress.com - a istinadən xəbər verir ki, pop musiqinin kraliçası Tina Törnerin sürücüsü Albert sənətçinin iflic keçirdiyini və buna görə tətil planlarını ləğv etdiyini söyləyib. 

Məşhur müğənninin həm dostu, həm də sürücüsü olan Albert müalicə edilən sənətçinin vəziyyətinin yaxşı olduğunu, ağır iflic keçirmədiyini bildirib. 

Zürih gölü kənarındakı evində sevgilisi Ervin Bak ilə sakit bir ömür sürən Törnerin iflic keçirməsi, onun yaxınlarını və pərəstişkarlarını məyus edib. 

Xatırladaq ki, Törner fevral ayında da buna bənzər bir halla üzləşmişdi.

четверг, 29 мая 2014 г.

Bizi özümüzə tanıdan tarix - 28 may

28 may- Respublika günü bizə qürur verən, Şərqdə ilk demokratik respublikanın varisi olduğumuzu bir daha xatırladan şərəfli bir tarixdir. Hələ dünyanın uzun illər sonra yaşam tərzinə az-çox çevirmək istədiyi demokratiyanın Şərqdə ilk mükəmməl nümunəsini bizim babalarımız 20-ci əsrin əvvəllərində, dünyanın çalxalandığı bir vaxtda yarada bildilər. 

Bizə bu gün vətəndaşı olduğumuz müstəqil Azərbaycanın modeli ilə yanaşı, millət üçün yaşayıb yanmağın, özünü qurban verməyin nümunəsini də onlar qoyub getdilər.

28 may –Respublika günü ərəfəsində şərəf tariximizin həmin səhifələrini bir daha vərəqləməyə dəyər.

BiG.Az Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı hazırlanmış "İstiqlal yolları" adlı 3 hissəli sənədli filmi sizə təqdim edir:

İsrailin baş qərargah rəisinə həbs qərarı

2010-cu ilin may ayının sonlarında Türkiyədən Qəzzaya yola düşən humanitar yardım gəmisi "Mavi Mərmərə"yə hücumla bağlı yeni qərarlar verilib.

BiG.Az saytı anspress.com saytına istinadən bildirirki, "Mavi Mərmərə" gəmisinə hücum iddiasında təqsirli bilinən həmin dövr İsrailin baş qərargah rəisi Rau Aluf Qabiel Aşkenazi də daxil olmaqla, 4 nəfər haqqında həbs qərarı verilib.

İstanbul 7-ci Ağır Cəza Məhkəməsi "Mavi Mərmərə" gəmisinə hücum iddiasında həmin dövrün İsrail baş qərargah rəisi Rau Aluf Qabiel Aşkenazi, Dəniz Qüvvələri Komandiri Eliezer Alfred Maro, Kəşfiyyat rəisi Amos Yadlin, Hava qüvvələri komandiri Avişay Levi haqqında həbs qərarı verib.

Məhkəmə heyəti şübhəlilər haqqında "qırmızı bülleten" çıxarılması üçün əlaqədar təşkilatlara yazı yazılmasına tapşırıq verib.

Qeyd edək ki, 2010-cu ilin may ayında “Mavi Mərmərə” gəmisinə təşkil edilən hücum zamanı 10 nəfər ölmüş, 30 nəfər isə yaralanmışdı.

"Bu şəhərdə" Almaniyaya gedir

"Bu şəhərdə" Almaniyada konsert proqramı ilə çıxış edəcək. 

Bunu AzNews.az-a açıqlamasında "Bu şəhərdə" teatrının bədii rəhbəri Müşfüq Abbasov deyib. 

Onun sözlərinə görə, 28 may - Respublika Günü ilə əlaqədar Almaniyanın iki şəhərində könsert keçiriləcək: "Bu konsert Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Alman-Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konsertdə bu yaxınlarda Bakıda təqdim olunan "Qız gül" proqramı təqdim ediləcək". 

M. Abbasov onu da əlavə etdi ki, konsertdə Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın da solo proqramı olacaq.

Sürücülərə şad xəbər: Cərimələr azaldı

"Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır".

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. 

BiG.Az ans press-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təkliflər əsasında "ASAN ödəniş" sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim edəcək. Mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayıb, bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməlidirlər. 

Daxili İşlər Nazirliyi bir ay müddətində İnzibati Xətalar Məcəlləsinin 429-6.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların toplanaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə yerləşdirilməsini təmin etməlidir. 

ANS PRESS-in "azadlıq.org"a istinadən verdiyi məlumata görə, sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılıb. 20 cərimə balı toplandıqda sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq. Əvvəlki məcəllədə sürücülük hüququ 2 aydan 1 ilədək məhdudlaşdırılırdı.

Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır, - yeni Məcəllə bunu tələb edir.

Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2%-dən 1%-ə endirilir. Eyni zamanda cəriməni ödəyərkən 10%-lik güzəştdən istifadə müddəti 5 gün hesablanır. Əvvəllər isə bu müddət üç gün idi

Ərdoğanın Somadakı fotosu əsər oldu - FOTO

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan AK Partiyasının həftəlik qrup toplantısında istirak edib.

BiG.Az-ın ans press-ə istinadən məlumatına görə, çıxışında bir çox mövzuya toxunan Ərdoğana yığıncağın sonunda mənalı bir "mədənçı" tablosu hədiyyə edildi.

Baş nazirə hədiyəni təqdim edərkən Kütahya və Tavşanlı rayonundan gələn AK Partiyasının Gənclər və Qadın təşkilatının nümayəndələri ilə Tunçbilək valisi Ayhan Aşkın, Kütahya Millət vəkili Vural Kavuncu ilə birlikdə kürsüyə qalxıblar. 

Vali Ayhan Aşkın baş nazir Tayyib Ərdoğanın daha əvvəl mədəncilərlə çəkdirdiyi fotoşəkildən yaradılan rəsm əsərini ona hədiyyə edib.

Bütün Türkiyəni yasa boğan Soma faciəsində həyatını itirən 301 mədənçinin torpağa verilməsinin dərhal ardından Ərdoğana verilən hədiyyə partiyalıları tərəfindən mənalı qarşılanıb.

13 internat legv edilb

İH uşaqların vəziyyəti barədə Təhsil Nazirliyinə məlumat verəcək

BiG.Az saytı anspress.com saytına istinadən bildirirki, Təhsil Nazirliyindən de-institutlaşma sisteminin tətbiqi ilə bağlı açıqlama veriblər.

Nazirlikdən verilən məlumata görə, de-institutlaşma prosesi ölkədə uşaqların müdafiəsi sahəsində həyata keçiçilən yeni bir islahatdır və dövlət uşaq müəssisələri sisteminin alternativ qayğı sistemi ilə əvəz edilməsi prosesini nəzərdə tutur:

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrində keçirilmiş sorğuların nəticələrinə əsasən hazırlanıb. Hökumət tərəfindən təsdiq edilmiş dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq 13 internat məktəbi transformasiya olunaraq ümumtəhsil məktəblərinə, lisey və gimnaziyalara çevrilib”.

Nazirlikdən bildiriblər ki, bununla yanaşı, dövlət uşaq müəssisələrinin nəzdində günərzi və reabilitasiya-inkişaf mərkəzləri yaradılmış və hazırda fəaliyyət göstərir:

“10 nəfər uşaq üçün tikilib istifadəyə verilmiş 1 nömrəli Ailə tipli kiçik qrup evi Azərbaycan Respublikası Nazilər Kabinetinin 2013-cü il 06 sentyabr tarixli 250 nömrəli qərarı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib. Bununla yanaşı “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi” Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli qərarı ilə təsdiq edilib”.

Həmçinin Təhsil Nazirliyi tərəfindən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir.

Ölkə üzrə ümumilikdə 589 nəfər uşağın, 2013-cü ildə isə 34 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. . Bu, uşaqlara qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması, habelə uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsinin nəticəsi olaraq mümkün olub.

Dövlət Proqramının icrası olaraq 309 nəfər uşağın və onların bioloji ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. 309 nəfər uşaqdan öz bioloji ailəsinin və ya yaxın qohumlarının himayəsinə qaytarılması mümkün olan 150 nəfər uşağa fərdi plan hazırlanıb:
“Aparılan məqsədyönlü işlərin nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 149 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə bu müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Həmin uşaqların vəziyyətinin mütəmadi monitorinqi və Təhsil Nazirliyinə məlumatın verilməsi ilə bağlı rayon icra hakimiyyətlərinə məktub ünvanlanıb. 2008-ci ildə 4055 nəfər uşaq dövlət müəssisələrində gecələyirdisə, onların sayı azalaraq hazırda 3470 nəfər təşkil edir”.

masa i medved 33 seria


bozbash pictures dagistan


bozbash pictures


3 adam yetenek sizsiniz


BMKdisci


BMK yil basi


cok guzel haraketler bunlar


DUNYANIN EN SURETLI SPORTKARI


Britaniyanın Trident avtomobil şirkəti dünyada ən sürətli və qənaətli sportkar adlanan Iceni-nin dizel modelinin satışa çıxarılacağını elan edib.

Iceni-nin maksimal sürəti 300 km/saatdan çoxdur. Avtomobilin əsas özəlliyi onun yanacaqdoldurma məntəqəsinə getmədən 3000 km getməsidir. Avtomobil 6,6 litrlik 8 silindrli turbomühərriklə hərəkətə gətirilir və mühərrik biodizeldə də işləyə bilir. 

Baza versiyalarda mühərrik 400 at gücündədir, xüsusi modifikasiyada isə bu göstərici 660 at gücünə qədər qaldırılır. Baza versiyası 100 km/saat sürəti 3,7 saniyəyə yığır. Avtomobil fastbek (Iceni Magna) və ya universal (Iceni Venturer) kuzovlarında da təklif edilir. 

Texniki göstəricilərinə görə bu versiyalar sportkardan seçilməyəcək.

Hər üç avtomobilin qiyməti 96 min funt sterlinqdən başlayır. Avtomobili ancaq ilkin sifarişlə əldə etmək mümkündür.

среда, 28 мая 2014 г.

BU AVTOMOBILDEN DUNYADA 7 DENEDIR

3,4 milyon qiyməti olan "Lykan HyperSport" 2,8 saniyəyə 100 km sürət yığır

Birləşmiş ərəb Əmirliyində dünyanın ən bahalı və sürətli maşınlarından biri nümayiş etdirilib. 

BiG.Az saytı anspress.com saytına istinadən bildirirki, bu maşından dünyada cəmi 7 ədəd istehsal edilib. "Canavar" adlandırılan avtomobil dünyanın ən sürətli maşını adına layiq görülüb.

Maşın 3.7 litrlik mühərrikə sahibdir. "Lykan HyperSport" 0-dan 100 kilometr sürətə cəmi 2,8 saniyədə çıxa bilir. Maşının görüntüsüdə texniki göstəriciləri qədər maraq doğurur.

"Lykan HyperSport"un qiyməti isə 3,4 milyon dollardır. Avtomobilin uzunluğu 4.480 mm, eni isə 1.944 mm-dir. 

survivor

TURKIYYE MILLISI QALIB GELDI

Futbol uzre turkiye millisi yolasliq oyununda quvvesini sinayib.

Fatih Terimin komandasi Irlandiya yigmasi ile qarsilasib.

Esasen genclerden teskil olunmus "ay-ulduzlu"lar sefer oyunundan qelebe ile ayrilib -2:1.

Qeyd edek ki, Turkiye yigmasi ilk defedir ki, irlandlari seferde meglub etmeyi bacarir.

25 may

Yoldasliq oyunu

Irlandiya - Turkiye - 1:2
Qollar: Ilhan Ozek, 17 (0:1), Tar?k Camdal 75 (0:2), Conatan Valters, 

kucuk aga 18 bolum



ATLETIKO MADRIDIN YENI TRANSFERI BELLI OLDU!

Ispaniyanin “Atletiko Madrid” futbol klubu Argentinadan yeni oyuncu transfer edib.

BiG.Az sayti anspress.com saytina istinadin xeber verirki, “Atletiko Madrid” klubu komandasina yeni oyuncu celb edib. Bu, Argentinanin birinci divizionunda cixis eden “San-Lorenso de Almaqro” komandasinin 19 yasli oyuncusu Anhel Korreadir.

Komanda argentinali oyuncu ili bes illik muqavile imzalayib.

Genc oyuncu 12 yasindan pesekar idman ile mesgul olur, oten movsumden ise yuksek liqada cixis edir. O ozunun sureti, istedadi ve ustaligi ile artiq diqqet celb etdi

MASIN FOTOLARI





AZERBAYCANDAKI 35 IRANLI MEHBUS OLKESINE QAYTARILACAQ

Iran ve Azerbaycan arasinda mehbuslarin mubadilesi haqqinda imzalanmis muqavile esasinda tezlikle Azerbaycanda ceza ceken daha 35 Iran vetendasi olkemize qaytarilacaq.

Bu sozleri Iranin Azerbaycandaki sefiri Mohsin Pakayin bu gun Iranin XIN-in Tebrizdeki ofisinde jurnalistleri deyib.

M.Pakayin deyib ki, oten aylar erzinde Iranda ceza ceken 4 Azerbaycan vetendasi da olkesine qaytarilib.

http://big.az/index.php?name=Submit_News
Qeyd edek ki, mart ve aprel aylari erzinde Azerbaycan hebsxanalarinda

YETENEK SIZSINIZ


sayitimizin acilisi

Salam dostlar! Bu gun bizim sayitimiz acilir. Bu sayt muxtelif xeberlerle musiqilerle ve video ile dolu olacaq.
INSALLAH BU SAYTI BEYENERSIZ!