пятница, 30 мая 2014 г.

"Atletiko Madrid" ilk transferini gerçəkləşdirdi

"Atletiko Madrid" klubu komandasına yeni oyunçu cəlb edib.

Bu, Argentinanın birinci divizionunda çıxış edən "San-Lorenso de Almaqro" komandasının 19 yaşlı oyunçusu Anhel Korreadır.

Komanda argentinalı oyunçu ilə beş illik müqavilə imzalayıb.

Gənc oyunçu 12 yaşından peşəkar idman ilə məşğul olur, ötən mövsümdən isə yüksək liqada çıxış edir. O özünün sürəti, istedadı və ustalığı ilə artıq diqqət cəlb edib.

Bu gün Azərbaycanda "Son zəng" qeyd olunur

Bu il məktəbi 86 797 nəfər XI sinif şagirdi bitirəcək.

Bu gün Azərbaycanın bir sıra məktəblərində "Son zəng" qeyd olunur.

Big.az Oxu.Az-a istinadən xəbər verir ki, hər il ölkədə "Son zəng" tədbirləri mayın 31-də qeyd olunub. Lakin bu il mayın 31-i şənbə gününə düşdüyündən "Son zəng" tədbirlərinin vaxtında dəyişiklik edilib. Belə ki, Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə "Son zəng" bu gün, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 31-də çalınacaq.

Hər il olduğu kimi, bu il də saat 10:00-da başlayacaq "Son zəng" tədbirləri 3 saat davam edəcək və saat 13:00-da yekunlaşacaq. Ümumtəhsil məktəblərində "Son zəng" tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, "Son zəng" tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün. "Son zəng" tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

Tədbirlər planına əsasən, "Son zəng" tədbirləri ilə bağlı polis gücləndirilmiş iş rejimində çalışacaq. Respublikada fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və "Son zəng"lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirəcək. Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini isə 754 nəfər şagird başa vuracaq.

Yenə zəlzələ oldu – Son dəqiqə

Egey dənizində 4.2 ballıq zəlzələ meydana olub.

Xezerxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Egey dənizində yeni təkanlar qeydə alınıb. Belə ki, yerli vaxtla saat 07:06 radələrində 4.2 ballıq zəlzələ olub

İnternetdə yayılan görüntülər ölkəni ayağa qaldırdı

Pekində çəkilən bu videonun internetdə yayılmasından sonra bütün Çin ayağa qalxıb. Videoda görünən şəxslər 13 yaşındakı bir uşağa ağlasığmaz işgəncə tətbiq edir.

Yerdə qalan uşağı təpikləyərək döyən qrupdan bir nəfər yerdən götürdüyü daşla ilə uşağın başını əzir. Uşaq isə yerdə qıvrılaraq ətrafdan kömək istəyir.

Videonun çıxmasından sonra təhlükəsizlik qüvvələri və bir çox könüllü insanlar həmin təcavüzkarları tapmaq üçün səfərbər olub.

Keçirilən diaqnoz nəticəsində işgəncənin nə cür ağır olduğu ortaya çıxıb. 13 yaşındakı uşağın bədənində vəhşicəsinə işgəncənin izləri qalıb.

Məşhur müğənni iflic oldu

74 yaşlı tanınmış amerikalı müğənni Tina Törner iflic olub.

BiG.Az anspress.com - a istinadən xəbər verir ki, pop musiqinin kraliçası Tina Törnerin sürücüsü Albert sənətçinin iflic keçirdiyini və buna görə tətil planlarını ləğv etdiyini söyləyib. 

Məşhur müğənninin həm dostu, həm də sürücüsü olan Albert müalicə edilən sənətçinin vəziyyətinin yaxşı olduğunu, ağır iflic keçirmədiyini bildirib. 

Zürih gölü kənarındakı evində sevgilisi Ervin Bak ilə sakit bir ömür sürən Törnerin iflic keçirməsi, onun yaxınlarını və pərəstişkarlarını məyus edib. 

Xatırladaq ki, Törner fevral ayında da buna bənzər bir halla üzləşmişdi.

четверг, 29 мая 2014 г.

Bizi özümüzə tanıdan tarix - 28 may

28 may- Respublika günü bizə qürur verən, Şərqdə ilk demokratik respublikanın varisi olduğumuzu bir daha xatırladan şərəfli bir tarixdir. Hələ dünyanın uzun illər sonra yaşam tərzinə az-çox çevirmək istədiyi demokratiyanın Şərqdə ilk mükəmməl nümunəsini bizim babalarımız 20-ci əsrin əvvəllərində, dünyanın çalxalandığı bir vaxtda yarada bildilər. 

Bizə bu gün vətəndaşı olduğumuz müstəqil Azərbaycanın modeli ilə yanaşı, millət üçün yaşayıb yanmağın, özünü qurban verməyin nümunəsini də onlar qoyub getdilər.

28 may –Respublika günü ərəfəsində şərəf tariximizin həmin səhifələrini bir daha vərəqləməyə dəyər.

BiG.Az Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı hazırlanmış "İstiqlal yolları" adlı 3 hissəli sənədli filmi sizə təqdim edir:

İsrailin baş qərargah rəisinə həbs qərarı

2010-cu ilin may ayının sonlarında Türkiyədən Qəzzaya yola düşən humanitar yardım gəmisi "Mavi Mərmərə"yə hücumla bağlı yeni qərarlar verilib.

BiG.Az saytı anspress.com saytına istinadən bildirirki, "Mavi Mərmərə" gəmisinə hücum iddiasında təqsirli bilinən həmin dövr İsrailin baş qərargah rəisi Rau Aluf Qabiel Aşkenazi də daxil olmaqla, 4 nəfər haqqında həbs qərarı verilib.

İstanbul 7-ci Ağır Cəza Məhkəməsi "Mavi Mərmərə" gəmisinə hücum iddiasında həmin dövrün İsrail baş qərargah rəisi Rau Aluf Qabiel Aşkenazi, Dəniz Qüvvələri Komandiri Eliezer Alfred Maro, Kəşfiyyat rəisi Amos Yadlin, Hava qüvvələri komandiri Avişay Levi haqqında həbs qərarı verib.

Məhkəmə heyəti şübhəlilər haqqında "qırmızı bülleten" çıxarılması üçün əlaqədar təşkilatlara yazı yazılmasına tapşırıq verib.

Qeyd edək ki, 2010-cu ilin may ayında “Mavi Mərmərə” gəmisinə təşkil edilən hücum zamanı 10 nəfər ölmüş, 30 nəfər isə yaralanmışdı.